» » » İqtisadiyyatda dempinq: mahiyyəti, səbəbləri və nəticələri

İqtisadiyyatda dempinq: mahiyyəti, səbəbləri və nəticələri

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

İqtisadiyyat elmi uzun müddətdir ki, “dempinq” terminindən istifadə edir. Amma adi insanların əksəriyyəti ya bu məfhumun mənasını bilmir, ya da dempinqin mənasını yanlış şərh edir.

Bəs, o nə deməkdir? Bu, bazar şəraitində ədalətli mübarizədir, yoxsa ki, biznesdə rəqiblərlə iqtisadi mübarizədə hiyləgərlik?

“Dempinq” terminin mahiyyəti

İkinci Dünya müharibəsi ərəfəsində dünya iqtisadiyyatına “dempinq” anlayışı daxil oldu. Əvvəlcə rəqabətin bu təzahürü aşağı keyfiyyətli malların istehlakçıya bir qədər münasib qiymətlərlə satılması kimi təsvir edilmişdi. Qədim skandinaviyalıların leksikonunda “dumpa” sözü var idi, həmin söz “ağır düşüş və ya eniş” mənasını verirdi. İqtisadçılar güman edirlər ki, elə “dempinq” termini, məhz, bu qədim norveç sözündən əmələ gəlib. İqtisadçıların ikinci hissəsi hesab edir ki, bu, ingilis mənşəli sözdür və “atma, yüngülləşmə” mənasını verir. Hazırda dempinq köhnəlmiş məhsullara deyil, mallara qiymət siyasəti kontekstində tətbiq edilir.

“Dempinq” anlayışı nə deməkdir?

Beynəlxalq bazarları fəth etmək üçün xidmət və malların dünya ticarətində qiymətlərinin süni şəkildə azaldılması dempinq adlanır. Bunun ikinci məqsəd isə dövlət daxilində iqtisadi faydalar əldə etməkdir.

Ölkələrin əksəriyyəti dempinqə mənfi yanaşırlar və onunla mübarizə üçün müxtəlif vasitələrdən istifadə edirlər. Dövlətlər ayrıca götürülmüş bir bazarda satışların həcmini azaldır, idxalı könüllü olaraq məhdudlaşdırırlar. Antidempinq rüsumları satıcıya öz mallarının qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan vermir.

Dempinqin növləri

İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyəti öz qanunlarında qiymət və dəyər dempinqini fərqləndirir. Birinci ölkə daxilində açıq-aydın aşağı qiyməti nəzərdə tutur və buna görə də gəlirsiz malların ticarətinə aid edilir. Dəyər dempinqi dedikdə isə məhsul və xidmətlərin maya dəyərinə nisbətən aşağı qiymətə satılması nəzərdə tutulur.

Müddət və funksiyalardan asılı olaraq, dempinqin kommersiya formaları bir neçə növə ayrılır. Endirimli qiymətlərlə qeyri-müntəzəm satışlar sporadik dempinq kimi oxunur. Qarşılıqlı dempinq – aşağı qiymətlərlə dövlətlərarası qarşılıqlı ticarət, inhisar qiymətini yaratmaq üçün mal və xidmətlərin qəsdən satışıdır.

Dempinqin səbəbləri, nümunələri və nəticələri

Dempinqlə məşğul olmağa çoxsaylı müxtəlif səbəblər məcbur edir. Rəqabət aparan firmaları kənarlaşdırmaq üçün qiymətlər yeni bazar iştirakçısı tərəfindən qəsdən endirilir. Bəzən müəssisələr likvid olmayan, anbarlarda yığılıb qalmış malların satışı üçün dempinqə yol verirlər. Dempinqin məqsədəuyğunluğu satış səviyyəsinin aşağı düşməsi və həddindən artıq istehsal zamanı özünü göstərir.

Dempinq nümunəsi kimi 1980-ci illərin ortalarında ucuz türk və çin mallarının SSRİ adlanan ölkəyə kütləvi şəkildə axını kimi iqtisadi hadisələrin baş verdiyi dövrü göstərmək olar. Nəticədə, sovet malları rəqabət qabiliyyətli olmadığından, SSRİ-dən olan istehsalçılar istehsal gücünü azaltmağa məcbur oldular.

Dempiqin bir çox mənfi nəticələri olur. Amma, adi adamlar üçün – yalnız müsbət nəticələri var. Axı, onlar çox aşağı qiymətlərlə mal ala bilərlər və həmişə bundan faydalanacaqlar.

Dempinqin sadə qiymət endirimlərindən fərqi

Heç də bütün endirimli, yəni, aşağı qiymətlər dempinq hesab olunmur. Azaldılmış istehsal xərcləri, uğurlu marketinq kampaniyası və ya aşağı ticarət xərcləri də çox vaxt qiymətlərin enişinə səbəb olur.

Dempinq zamanı şirkətlər heç bir məcburiyyət olmadan, məhsulların keyfiyyət xüsusiyyətlərini düşünmədən gəlirlilikdən imtina edirlər. Marketinq proqramı qiymətləri aşağı salır, lakin onlar maya dəyərindən yüksək olmaqda davam edir. Dempinq zamanı isə qiymətlər o qədər aşağı düşür ki, istehsala çəkilən xərcləri belə ödəmir.


Müəssisənin mühasibat uçotunun təşkili